Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasında növbəti oyununa çıxıb.
Apasport.az xəbər verir ki, Ağdam təmsilçisi pley-off mərhələsində Macarıstanın "Ferentsvaroş" klubunun qonağı olub.
Görüş saat 23:00-da start götürüb.
Ağdam təmsilçisi görüşün ilk hissəsini 0:1 hesabı ilə məğlub başa vurub. Lakin "köhlən atlar" fasilədən sonra toparlanaraq ardıcıl 3 qol vurub və matçı 3:1 hesabı ilə qalib tamamlayıb.
UEFA Çempionlar Liqası Pley-off mərhələsi 19 avqust 23:00. “Ferentsvaroş” (Macarıstan) - “Qarabağ” (Azərbaycan) 1:3 Baş hakim: Joau Pedru da Silva Pineyru (Portuqaliya) Budapeşt, "Qrupama Arena”
Qeyd edək ki, tərəflər arasında cavab oyunu avqustun 27-də Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
"Qarabağ": 99. Mateuş Koxalski, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 2. Mateus Silva, 44. Elvin Cəfərquliyev, 8. Marko Yankoviç, 35. Pedro Bikalho, 20. Kadi, 15. Leandro Andrade, 10. Abdullah Zoubir (k), 90. Nəriman Axundzadə
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 3. Mmaee 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 32. Hikmət Cəbrayılzadə, 11. Emmanuel Addai, 6. Kris Kuaku, 27. Toral Bayramov, 18. Dani Bolt
"Ferensvaroş": 90. Dibuş (k), 3. Qartenmann, 19. B. Varqa, 22. G. Szalai, 23. Ötvös, 25. Makrekis, 28. Raemaekers, 36. Kaniçovsky, 47. O'Dovda, 64. A. Tof, 75. Cosef
Ehtiyat oyunçular: 63. Radnoti, 99. Qrof, 5. Keyta, 7. Arzani, 8. Peşiç, 10. Levi, 16. Zakariassen, 21. Botka, 27. Sisse, 30. Qruber, 33. Kadu, 77. Nagi