Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Hyundai" markalı minik avtomobili yolda hərəkətdə olan “Changan” markalı avtomobillə toqquşub.
Daha sonra “Changan” idarəetmədən çıxaraq yol kənarındakı aptekə çırpılıb.
Qəza nəticəsində 1994-cü il təvəllüdlü Ə. Məmmədli, 1992-ci il təvəllüdlü A. Məmmədova, 2004-cü il təvəllüdlü G. Məmmədova və 2016-cı il təvəllüdlü Ö. Məmmədov xəsarət alaraq xəstəxanaya aparılıb.
Onların vəziyyətinin orta ağır olduğu bildirilir. (APA)