IMG-LOGO

"Azəriqaz"ın "Açıq mikrofon" aksiyası davam edir

07 Jan 2024 14:38 99 baxış
IMG

Növbəti həftə (8, 9, 11 və 12 yanvar tarixləri) saat 11:00-dan 12:00-dək 4 rayonda "Azəriqaz" İB-nin “Açıq mikrofon” aksiyası keçiriləcək.

Lent.az xəbər verir ki, aksiya həftənin 1-ci günü Qax rayonunda (Heydər Əliyev Parkı), 2-ci günü Oğuz rayonunda (Gənclik massivi), 4-cü günü Qəbələ rayonununda (Yemişanlı kəndi), 5-ci günü isə Ağdaş rayonunda (Qaradeyin kəndi) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Xəbər lenti