IMG-LOGO

Bakıda evdən meyit tapıldı

08.01.2024 11:36 102 baxış
IMG

Bakıda mənzildə meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti