IMG-LOGO

56 yaşlı Nikol Kidman açıq libası ilə heyran etdi

23.01.2024 11:41 103 baxış
IMG

“Oskar” mükafatı laureatı Nikol Kidman ötən axşam qatıldığı qala gecəsində  füsunkar görünüşü ilə diqqət çəkib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, dərin dekolteli qara libası ilə kameralar qarşısında poza verən Kidman cəsarətli seçimi ilə izləyiciləri valeh edib.

56 yaşlı Kidman Hollivudun ən uzun boylu qadınlarından biridir. 180 sm boyu olan aktrisa özü barəsində maraqlı  fikirlər səsləndirib.

“Bir zamanlar çox arıq və çox hündür olduğum üçün mənə lağ edir, aktrisa kimi uğurlu olmayacağımı deyirdilər. Onu deyənlər indi imzamı almaq üçün can atırlar”,- deyə aktrisa bildirib.

Xəbər lenti