IMG-LOGO

Ər-arvadı eyni anda 2 maşın vurub öldürdü

23 Jan 2024 13:47 97 baxış
IMG

Moskvada evli cütlüyü eyni anda iki maşın vurub.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, səhər saat 7 radələrində ər-arvad avtobus dayanacağına çatmaq üçün Malinovkada piyada keçidində yolu keçiblər.

Bir anda “Peugeot” markalı avtomobil onları vurub. Zərbənin təsirindən onlar növbəti zolaqda hərəkət edən “VAZ-21010”un təkərlərinin altına atılıb. Kişi və qadın yerindəcə dünyasını dəyişib.

Araşdırma aparılır.

Xəbər lenti