IMG-LOGO

Efirdə evlilik təklifi alan aktrisa dava saldı

26.01.2024 11:20 99 baxış
IMG

Sosial proqramlara ekspert kimi qatılan aktrisa Nəzakət Məmmədova ona elçi düşən kişi ilə dava edib.

 Lent.az-ın xəbərinə görə, adətən sosial proqramlara tamaşaçı qismində qatılan məşhur Nəriman dayı Nəzakət Məmmədova ilə evlənmək istədiyini deyib. Nəzakət Məmmədova isə “sənin 71-dən çox yaşın var. Mən 50 yaşındayam, qızın yerindəyəm, ayıb olsun sənə” deyib.

 Nəriaman dayı cavab olaraq bildirib ki, özünə qoca yox, elə 40-50 yaşlarında xanım axtarır və qızı olmadığı üçün bu yaşlarda xanımlarla evliliyi ayıb hesab eləmir.

 

Xəbər lenti