Panama millisinin heyətində 103 dəfə çıxış edən və 43 qol vuran Luis Karlos Tejadan vəfat edib.
Lent.az xəbər verir ki, o, məhəllədə futbol oynayarkən dünyasını dəyişib.
Futbolçunun Santa Librada səmtindəki matç zamanı qəfil halı pisləşdiyi və infarkt keçirdiyi müəyyən edilib.
Panama millisinin əfsanəvi futbolçusu Tejada ölkəsinin forması ilə bütün zamanların bombardiri kimi tanınırdı.
Tejada karyerası ərzində Meksika, ABŞ, Peru və Kolumbiya kimi ölkələrin 15-dən çox komandasında çıxış edib, 500-dən çox matçda iştirak edib və 200-dən çox qol vurub.
O, həmçinin Peruda bir, Panamada üç liqa çempionluğu qazanıb.