IMG-LOGO

Florlu diş pastaları uşaqlar üçün təhlükəlidirmi?

02.03.2024 09:57 102 baxış
IMG

3 yaşdan yuxarı uşaqlar üçün bir düyü dənəsi böyüklüyündə diş pastası kifayətdir. Diş pastalarının, qarqaraların və içməli suyun tərkibində olan flor dişləri kariyesdən effektiv şəkildə qoruyur və onları gücləndirir. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, lakin onun artıqlığı 8 yaşdan kiçik uşaqlarda floroza səbəb ola bilər.

Stomatoloqlar gündə iki dəfə florlu diş pastasından istifadə etməyi məsləhət görürlər, 8 yaşdan yuxarı uşaqlarda diş çürüməsi hallarında həkim florlu qarqaraları tövsiyə edir ki, bu da diş fırçalamadan ayrı istifadə edilməlidir. Üç yaşından başlayaraq diş çürüməsinin qarşısını almaq üçün hər altı ayda bir dişlərə florlu lak tətbiq oluna bilər.

Suda florun az olduğu ərazilərdə uşaqlara florid əlavələri təyin oluna bilər, onların dozası yaşdan və suda florun səviyyəsindən asılıdır. 6 aydan kiçik uşaqlar bu əlavələrə ehtiyac duymur.

Xəbər lenti