IMG-LOGO

De Bruyne Fabreqası geridə qoydu, ötürmələrə görə ikinci oldu

15.05.2024 18:29 100 baxış
IMG

Mayın 14-də "Mançester Siti" 34-cü turun təxirə salınmış oyununda "Tottenhem"i 2:0 hesabı ilə məğlub edib.

Lent.az xarici mediaya istinadən bildirir ki, "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyne son oyunda 1 məhsuldar ötürmə edib.

Bu, belçikalının Premyer Liqada 112-ci ötürməsi olub. O, "Arsenal"ın və "Çelsi"nin keçmiş oyunçusu Sesk Fabreqası (111) geridə qoyub, lakin Premyer Liqada daha az oyun keçirib - Kevin 258 və Sesk 350.

Premyer Liqada ən çox məhsuldar ötürmə rekordçusu “Mançester Yunayted”in əfsanəsi Rayan Qiqqzdir – 632 oyunda 162 məhsuldar ötürmə.

 

Xəbər lenti