IMG-LOGO

Bir ailə evdə yanıb kül oldu

23.05.2024 14:54 11 baxış
IMG

Rusiyanın Nijni Novqorod vilayətinin Vıksa yaxınlığındakı kəndlərdən birində evdə baş verən yanğın nəticəsində ər-arvad və uşaq ölüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, yanğın səhər saat dörd radələrində Jeleznodorojnaya küçəsində yerləşən iki mənzilli binada baş verib. Yanğın 72 kvadratmetr ərazini əhatə edib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürərkən evdə kişi, qadın və uşaq meyitləri aşkar ediblər.

Yanğının səbəbi hələlik məlum deyil.

Xəbər lenti