IMG-LOGO

Həyat yoldaşı şəhidin çəkmələrində gül əkdi - VİDEO

23.05.2024 14:32 11 baxış
IMG

Şəhid Fərid Rüstəmovun həyat yoldaşının hərəkəti sosial şəbəkə izləyicilərini duyğulandırıb.

Lent.az xəbər verir ki, şəhid xanımı mərhum həyat yoldaşının hərbi çəkmələrində dibçək gülləri əkib.

Qeyd edək ki, Fərid Rüstəmov 1993-cü ildə Zərdabın Gəndəbil kəndində dünyaya gəlib. O, 2022-ci il sentyabr ayının 12-də Zəngilan rayonu ərazisində Ermənistanın genişmiqyaslı təxribatının qarşısı alınarkən şəhid olub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Fərid Rüstəmov  “Vətən uğrunda” medalı ilə tətif edilib. 

Xəbər lenti