IMG-LOGO

Sumqayıtın bu ərazilərində SU KƏSİLƏCƏK

23.05.2024 16:59 11 baxış
IMG

Sumqayıt şəhərində suyun verilişində fasilələr yaranacaq.

Lent.az xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin “Sumqayıt Sukanal İdarəsi”ndən” məlumat yayıb.

Qeyd olunub ki, Sumqayıt şəhər əhalisinin bir hissəsini içməli su ilə qidalandıran d 450 mm-lik su kəmərində baş vermiş qəza ilə əlaqədar olaraq, mayın 24-ü səhər saat 09:00-dan axşam saat 22:00-a qədər kəmərin su ilə təmin etdiyi Kotec qəsəbəsi, Kimyaçılar qəsəbəsi, 26-cı məhəllə, Xəzər bağları, 7-8-12 ci məhəllələrin bir hissəsinə suyun verilişində fasilə yaranacaq.

Xəbər lenti