IMG-LOGO

"Sənin köməyinə ehtiyacım var" : Cennifer Lopez

23.05.2024 18:45 7 baxış
IMG

Dünyaca məşhur müğənni Cennifer Lopez Ben Afflekin keçmiş həyat yoldaşından kömək istəyib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Oskar mükafatı alan aktyorun hazırkı həyat yoldaşı Cennifer Lopez onun yenidən içki içməyə başlaya biləcəyindən qorxur, ona görə də ulduz Affleklə 10 ildən çox evli olan Qarnerin ona yardım etməsini istəyib. Cennifer açıq danışıb:

“Çünki o, dünyada nələr yaşadığını anlayan nadir insanlardan biridir. O da eyni kişi ilə birlikdə olub və onu yaxşı tanıyır. Bilirəm ki, məni ən yaxşı anlayacaq yeganə insan Qarnerdir. Hər ikimiz eyni problemlərlə üzləşmişik”.

Xəbər lenti