IMG-LOGO

Kellini "Yuventus"a qayıda bilər

23.05.2024 19:39 8 baxış
IMG

İtaliya millisinin heyətində Avropa çempionu Corcio Kellini "Yuventus"a qayıda bilər.

Lent.az bildirir ki, bu barədə “La Gazzetta dello Sport” xəbər verir.

Nəşrin məlumatına görə, komandanın keçmiş oyunçusu Turin klubunda texniki vəzifələrdən birini tutacaq və əsas “Yuventus” komandası ilə sıx əməkdaşlıq edəcək.

39 yaşlı futbolçu 2005-2022-ci illərdə “Yuventus”da çıxış edib, sonra “Los-Anceles”ə keçib və burada karyerasını başa vurub və 2024-cü ilin yanvarında Amerika klubunun məşqçilər korpusuna qoşulub.

 

Xəbər lenti