IMG-LOGO

Gözünü bayraqlı qızdan çəkə bilmədi, bir gecədə məşhurlaşdı -VİDEO

24.05.2024 00:17 9 baxış
IMG

Fransa millisinin futbolçusu Kilian Mbappenin bir qıza yaxından baxdığı video sosial şəbəkələrdə hitə çevrilib. Bu video onun Kann Film Festivalına son səfəri zamanı çəkilib və indi qızın kimliyi məlum olub.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, Mbappe lüks La Guerite restoranında Dembele və ona qoşulan digər dostları ilə söhbət edərkən Fransa bayrağını dalğalandıran bir qız görüb.

Ulduz hücumçu səssiz qalıb və nəticədə video internetdə yayılıb. İndi məlum olub ki, videodakı qızın adı Leadır və fransız modeldir.

Postda işarələnməmişdən əvvəl onun “Instagram”da 10.000-dən çox izləyicisi olub. Cəmi bir neçə saat ərzində onların sayı artıb və hazırda 100.000-dən çox abunəçi var.

Yeri gəlmişkən, bazar ertəsi Mbappe PSJ-dən ayrılması münasibətilə vida gecəsi təşkil edib. Paris komandasının oyunçularının əksəriyyəti tədbirdə iştirak edib.

Xəbər lenti