IMG-LOGO

72 yaşlı kişi Kürdə batdı -YENİLƏNİB

03 Jun 2024 16:52 97 baxış
IMG

Kür çayında batan şəxsin kimliyi məlum olub.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, Şirvan sakini, 72 yaşlı Piriyev Əli Məstan oğlu Kür çayının Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi ərazisindən keçən hissəsində batıb.

Axtarışlar davam edir.

***

16:27

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Lent.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

Xəbər lenti