Həbsdə olan sabiq deputat Hüseyn Abdullayev aclıq aksiyasına başlayıb.
Lent.az xəbər verir ki, bu barədə H.Abdullayevin vəkilləri açıqlama yayıb.
Qeyd olunur ki, Bakı İstintaq Təcridxanasında saxlanılan Hüseyn Abdullayev ona qarşı irəli sürülən əlavə ittihamlara etiraz olaraq bu gündən aclığa başlayıb.