IMG-LOGO

“Mançester Siti” dünya çempionatının finalında

20.12.2023 03:01 103 baxış
IMG

İngiltərənin “Mançester Siti” klubu Səudiyyə Ərəbistanında keçirilən futbol üzrə klublararası dünya çempionatının finalına yüksəlib.

Lent.az xəbər verir ki, Pep Qvardiolanın yetirmələri yarımfinalda Yaponiyanın “Urava Red Daymonds” komandasını 3:0 hesabı ilə məğlub ediblər.

Oyunda qolları “Urava”nın futbolçusu Marius Heyboten (öz qapısına), Mateo Kovaçiç və Barnardo Silva vurublar.

Finalda “Şəhərlilər”in rəqibi Braziliyanın “Fluminense” klubu olacaq. Oyun dekabrın 22-də keçiriləcək.

Xəbər lenti