IMG-LOGO

“Veysəloğlu” mağazalarında ölkədə ilk dəfə olaraq rəqəmsal qəbz xidməti istifadəyə verilib

10.01.2024 14:39 99 baxış
IMG

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsinin müştəriləri artıq alış-veriş qəbzlərini mağazanın mobil tətbiqində də görə bilirlər.

Ölkədə bir ilk olan bu xidmət vasitəsilə müştərilər aldığı məhsulları dərhal görərək alış-veriş tarixçələrini izləyə, həmçinin tətbiq üzərindən “ƏDV geri al” xidmətindən faydalana bilərlər.

Rəqəmsal qəbz xidməti şirkətlər qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsinin müştəriləri üçün də tətbiq edilməyə başlanıb.

“OBA” və “Araz” marketlərimizdə tətbiq edilən bu innovasiya müştəri məmnuniyyətini yüksəltmək, müştərilərimizə daha yaxşı xidmət göstərmək üçündür. Əgər müştəri alış-veriş qəbzi itirərsə o, mobil tətbiq vasitəsi ilə istənilən an alış-verişi haqqında məlumatı əldə edə, həmçinin ƏDV-ni əldə edə bilər”, - deyə Şirkətlər Qrupunun İnformasiya Texnologiyaları direktoru Ülvi Babaşov qeyd edib.

Onu da bildirək ki, Veysəloğlu Şirkətlər Qrupunun bütün əməkdaşları üçün “Araz” və “OBA” mağazalarımızda hər 10 AZN-lik alış-verişdə 5 faiz keşbek qazanma imkanı da yaradıb.

Xəbər lenti