IMG-LOGO

Balakəndə AĞIR QƏZA: 4 yaralı var

13.01.2024 09:55 101 baxış
IMG

Balakəndə ağır yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə Talalar kəndi ərazisində baş verib. Ruhin Varansovun idarə etdiyi “Ford” markalı avtomobil ilə Nurşad Məmmədovun idarə etdiyi “VAZ-2107” toqquşub. Nəticədə “VAZ”dakı 4 sərnişin xəsarət alıb.

Onlardan 3-nə ilkin tibbi yardım göstərilərək evə buraxılıb, 40 yaşlı N. Əhmədovanın isə müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti