IMG-LOGO

"Hyundai" və "Mercedes" toqquşdu, ölən var

13.01.2024 22:26 101 baxış
IMG

Naftalanda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, Naftalan-Talış-Tapqaraqoyunlu avtomobil yolunun Qaşaltı kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Hyundai" və "Mercedes" markalı minik maşınları toqquşub. Qəza zamanı "Hyundai"ın sürücüsü, Naftalan şəhər sakini 23 yaşlı Elşən Qələndərov aldığı ağır bədən xəsarətlərindən hadisə  yerində ölüb. Digər avtomobilin sürücü və sərnişini xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Xəsarət alanlar Sabirabad rayon sakinləri 62 yaşlı Feyzulla Həşimov və 43 yaşlı Seymur Zeynalovdur. Faktla bağlı araşdırma aparılır.  

Xəbər lenti