IMG-LOGO

Bred Pitt və Ancelina Colinin malikanəsi hərraca çıxarılır

25.11.2023 08:47 104 baxış
IMG

Hollivud aktyorları Bred Pitt və Ancelina Colinin Nyu Orleandakı malikanəsi hərraca çıxarılacaq.

Lent.az xəbər verir ki, bu barədə “The New York Post” məlumat yayıb.

Dekabrın 11-nə planlaşdırılan hərracda başlanğıc qiymət 5,35 milyon dollar olacaq.

Məşhur cütlük malikanəni 2007-ci ildə 3,5 milyon dollara alıb. Cütlük 2016-cı ildə mülkdən ayrılıb və iki il sonra boşanıblar. 2017-ci ildə əmlak təmir edilib.

Ev 1830-cu illərin Paris malikanələrini xatırladır.

Xəbər lenti