IMG-LOGO

Xaçmazda ağır qəza - Yaralılar var

18.02.2024 12:34 102 baxış
IMG

Xudat-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Ləcət kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, “VAZ 2190” və “Volkswagen” markalı avtomobillərin toqquşması nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan Nazim Əmrahov, Fariz Əmrahov, Muradxan Adışirinov, Murad Adilxanov və Nasir Əhmədxanov Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda onlara tibbi yardım göstərilir.

 

Xəbər lenti