IMG-LOGO

“Real” "Barselona" və "Mançester Siti" ilə qarşılaşacaq – ABŞ-da

21.03.2024 15:49 103 baxış
IMG

“Real” və “Barselona” bu yay ABŞ-a səfəri çərçivəsində yoldaşlıq oyunu keçirəcək.

Lent.az bildirir ki, “Tour of Champions” saytının məlumatına görə, turnir iyulun 27-dən avqustun 6-dək ABŞ-ın altı şəhərində baş tutacaq.

Klassiko avqustun 3-də Nyu-Cersi ştatının Şərqi Ruterford stadionunda keçiriləcək. Çempionlar Turunda həmçinin "Mançester Siti", "Çelsi" və "Milan" da iştirak edəcək. Oyunlar Nyu-York, Orlando, Çikaqo, Baltimor və Şarlottada keçiriləcək.

Turnirin digər oyunlarının təqvimi:

• “Mançester Siti” – “Milan” – 27 iyul.

• “Barselona” – “Mançester Siti” – 30 iyul.

• “Milan” – “Real” - 31 iyul.

• “Barselona” – “Milan” - 6 avqust.

• “Real” – “Çelsi” - 6 avqust.

Xəbər lenti