IMG-LOGO

Ödənişli yolda qəza oldu, 4 nəfər...

22.04.2024 22:26 102 baxış
IMG

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi ödənişli avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, KIA markalı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə dörd nəfər - Rusiya Federasiyası vətəndaşı, 1961-ci il təvəllüdlü Makiyev Aleksey Fedroviç, 1977-cil təvəllüdlu Makiyeva Yelena, 2007-ci il təvəllüdlü Denis Nikolayviç və Göyçay sakini, 1972-ci il təvəllüdlü Humay Xəlilova xəsarət alıblar.

Onlar xəstəxanaya yerləşdirilib.

Qəzanın baş vermə səbəbləri araşdırılır.

Xəbər lenti