IMG-LOGO

Lənkəranda "Jiquli" qadını vurub öldürdü

24 May 2024 09:46 96 baxış
IMG

Lənkəranda avtomobil piyadanı vurub.

Lent.az xəbər verir ki, hadisə şəhərin Xiyabani küçəsində baş verib. 27 yaşlı G. İsmayılov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə piyada 46 yaşlı V. Ağacanovanı vurub.

Nəticədə qadın aldığı xəsarətlərdən yerindəcə keçinib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Xəbər lenti