IMG-LOGO

Sumqayıtda avtobus TIR-la TOQQUŞDU, çox sayda yaralı var-YENİLƏNİB

12.07.2024 22:21 101 baxış
IMG

Hacı Zeynalabdin - Sumqayıt avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına yerləşdirilən 12 nəfərdən 10 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hazırda 1 nəfərin (kişi cinsli) müalicəsi Neyrocərrahiyyə (vəziyyəti ağır olmaqla), digər 1 nəfərin (vəziyyəti orta ağır olmaqla) müalicəsi isə Təcili yardım şöbəsində davam etdirilir.

*** 17:41 Bakı-Quba yolunda ağır-yol nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə yolun Sumqayıt şəhərindən keçən hissəsində qeydə alınıb.

3 saylı marşrut avtobusu "TIR" la toqquşub. Nəticədə 11 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

Xəbər lenti