IMG-LOGO

Şahzadə Diananın bu paltarı milyon dollara satıldı

19 Dec 2023 13:47 95 baxış
IMG

Mərhum şahzadə Diananın bir libası “Julien’s Auctions” hərracında rekord qiymətə satılıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, söhbət şahzadənin ətəyi mavi tüllü, qara məxmər libasından gedir. O bu geyimlə iki dəfə cəmiyyət arasına çıxıb.

Libasın ilkin satış qiyməti 100 min dollar olub və o 11 dəfə baha qiymətə -2,1 milyon dollara satılıb. Alıcının adı gizli saxlanılır.

Hərracda şahzadənin qarderobundan digər əşyaları da satışa çıxarılıb.

 

Xəbər lenti