IMG-LOGO

Tünd şokolad bu şəxslərə əks göstərişdir – DİETOLOQ

09.01.2024 22:56 99 baxış
IMG

Dietoloq və qastroenteroloq Natalya Sıçeva tünd şokolad istehlak etmək üçün ən yaxşı vaxtın nə vaxt olduğunu söyləyib.  

Lent.az “Rosbalt”a istinadən xəbər verir ki, həkimin sözlərinə görə, tünd şokolad tərkibində şəkərin miqdarı azaldığına görə sağlamlığına və çəkisinə nəzarət edənlər üçün tövsiyə olunur. Mütəxəssis əsas yeməkdən sonra - xüsusilə çiy tərəvəzlərdən və ya zülallı qidalardan hazırlanan salatlardan sonra şirniyyatdan istifadə etməyi məsləhət görüb.

Eyni zamanda Sıçeva bəzi insanlara tünd şokolad yeməmək barədə xəbərdarlıq edib. Migren və ya yüksək təzyiqdən əziyyət çəkən xəstələr, həmçinin komponentlərə fərdi dözümsüzlüyü olan insanlar üçün əks-göstərişdir. Tünd şokolad damarların spazmına səbəb ola bilər ki, bu da bu xəstələrin vəziyyətini daha da ağırlaşdıra bilər.  

Xəbər lenti