IMG-LOGO

1 ay əvvəl atasını qətlə yetirən həbsxanada öldü

16.02.2024 12:23 101 baxış
IMG

Şirvanda 1 ay əvvəl atasını qətlə yetirən şəxs ölüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu ilin yanvarın 8-də 74 yaşlı atasını qətlə yetirən Şirvan sakini, 1979-cu il təvəllüdlü Şərifov Seymur Allahverdi oğlu barəsində Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Seymur Şərifov barəsində məhkəmənin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib. 

Həbsdə olan S.Şərifovun ötən gün xəstəlikdən öldüyü bildirilir.

S.Şərifov bu gün Şirvanda dəfn edilib.

Xəbər lenti