IMG-LOGO

PSJ "Borussiya" stadionunu Mbappesiz tərk edib

02.05.2024 14:54 13 baxış
IMG

PSJ  klubunun avtobusu Çempionlar Liqasının ½ final mərhələsinin ilk oyununda "Borussiya"ya məğlubiyyətdən (0:1) sonra hücumçu Kilian Mbappesiz hava limanına gedib. 

Lent.az xarici mediaya istinadən bildirir ki, mənbənin məlumatına görə, Mbappe oyundan sonra dopinq testinə çağırılıb və bu səbəbdən komanda ilə birlikdə stadionu tərk edə bilməyib. Daha sonra şəxsi avtomobil ilə Dortmund hava limanında komanda yoldaşlarına qoşulub.

Hazırkı Çempionlar Liqasında Mbappe 11 oyun keçirib və 8 qol vurub. O, "Bavariya"nın hücumçusu Harri Keyn ilə birlikdə turnirin bombardiridir.

PSJ və "Borussiya" arasında yarımfinalın cavab oyunu mayın 7-də Parisdə keçiriləcək.

 

Xəbər lenti