IMG-LOGO

Gündə 20 dəqiqə idman etmək orqanizmdə nəyi dəyişir?

02.05.2024 16:49 16 baxış
IMG

Gündə cəmi 20 dəqiqə idman etmək ürək-damar xəstəliklərinin, diabetin qarşısını ala bilər.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislər oturaq həyat tərzinin maddələr mübadiləsini yavaşlatdığını, bunun qan şəkərinin tənzimlənməsinə, yağ mübadiləsinə, qan təzyiqinə mənfi təsir etdiyini, əzələ və sümükləri zəiflətdiyini vurğulayırlar.

II tip şəkərli diabet, damarların aterosklerozu (infarkt və insultlara səbəb ola bilər), piylənmə və başqaları kimi bir çox xəstəliklər fiziki fəaliyyətin olmaması ilə sıx bağlıdır.

İdman etdiyiniz zaman bədəninizdə mühüm dəyişikliklər baş verir. Misal üçün:

Ürək daha sürətli döyünməyə başlayır, orqan və toxumaların, o cümlədən beyin və ürək üçün qan tədarükünü yaxşılaşdırır. Əzələlər daha intensiv işləyir, bağırsaq funksiyasını yaxşılaşdırır və daha yaxşı peristaltikanı təmin edir.

Ağciyərlər ventilyasiyanı artırır, bədəni daha çox oksigenlə təmin edir.

Fiziki fəaliyyət depressiya və serebrovaskulyar xəstəliklərin qarşısını almağa kömək edən hormonları buraxır.

Qeyd edək ki, fiziki fəaliyyət üçün tövsiyələr yaşa və sağlamlıq vəziyyətinə görə dəyişir.

Xəbər lenti